21 və 22 avqust tarixlərində polis tərəfindən 12 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. DİN-dən verilən məlumata görə, polislər onlarla izahedici söhbətlər aparıb, yaşadıqları evə qaytarıb.
Cinayət Məcəlləsinin epidemiya əleyhinə və karantin rejimlərinin pozulması maddəsi ilə 4 nəfər barəsində cinayət işi başlanılıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.