Neftçala və Salyanda sahibkarlar üçün məsləhət xidmətləri göstərilib

Neftçala-Salyan KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən 16-17 sentyabr tarixlərində bərbərlik, heyvandarlıq, mebel istehsalı və satışı ilə məşğul olan sahibkarlara, eləcə də restoran və meyvə-tərəvəz satışı biznesinə maraq göstərən şəxslərə fərdi məsləhət xidmətləri göstərilib. Bu haqda 20 sentyabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi saytında məlumat verilib.

KOBİM-in ekspertləri tərəfindən sahibkarlara maliyyə resurslarına çıxış, güzəştli kredit şərtləri, satış imkanlarının genişləndirilməsi, biznesə yeni başlayanlar üçün mövcud imkanlar barədə ətraflı məlumat verilib. Tədbir yerində xidmət və onlayn formatda təşkil olunub.

Neftçala, Salyan və ətraf bölgələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər təlim, məsləhət və digər xidmətlər üçün Neftçala-Salyan KOBİM-ə müraciət edə bilərlər. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

 

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Neftçala və Salyanda sahibkarlar üçün məsləhət xidmətləri göstərilib”

Tövsiyə xəbərlər