TÖVSİYƏ XƏBƏRLƏR

Neft Daşlarında dalğanın hündürlüyü 3,2 metrə çatıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 7 iyun tarixində xəbər verir.

Bu gün saat 16:00-a olan məlumata əsasən, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Şəki, Qusar, Mingəçevir, Qrız, Şahdağda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Göygöl, Balakən, Şahdağ, Qrızda duman müşahidə olunub. Qax rayonundan keçən Kürmükçayda gecədən başlayan sel hazırda davam edir.

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,2 metrə çatıb.

Havanın temperaturu hazırda Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvan Muxtar Respublikasında 27-29, dağlıq rayonlarda 12-14, Aran rayonlarında 20-25 dərəcə, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək istidir.

 

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx