Bu ilin yanvar-avqust aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 24 057,3 min ton neft nəql edilib ki, bu da 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,1% çoxdur. Bu barədə 14 sentyabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumata əsasən, nəqletmənin 79%-i Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə həyata keçirilib, hesabat dövründə kəmər vasitəsilə 19 002,7 min ton neft ötürülüb.
Hesabat dövrü ərzində BTC kəməri ilə 3 012,7 min ton tranzit nefti də nəql edilib.