Neftçalada 2 şəhər sakini saxlanılıb

Neftçalada 2 şəhər sakini saxlanılıb

Neftçalada oğurluğa cəhd göstərən şəxslərin digər əməlləri də üzə çıxıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 21 yanvar tarixində xəbər verir.

Yanvarın 20-də saat 02:00 radələrində Neftçala şəhərinin Köhnə qəsəbə ərazisindəki mağazaların birindən oğurluğa cəhd göstərən şəhər sakinləri E.Əhədov və F.Fərəcullayev saxlanılıblar.

Araşdırmalarla onların rayon ərazisində daha bir mağazadan pul, 3267 manat dəyərində tütün məmulatı, yuyucu vasitələr, ərzaq məhsulları, bir evdən 1550 manat dəyərində qızıl-zinət və məişət əşyaları, bir aptekdən isə pul və orada quraşdırılan ödəmə terminalından 7521 manat oğurladıqları da müəyyən olunub.

Neftçala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx