Neftçalada kişi qonşusunu əkin sahəsini sulamaq üstündə güllələyib. Bu barədə İnsanoid-ə 1 sentyabr tarixində Daxili İşlər Nazirliyindən məlumat verilib.
Rayonun Qaçaqkənd kənd sakini, 53 yaşlı şəxs odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən həmin kənd sakini, 29 yaşlı Hüseyn Hüseynov müəyyən edilərək saxlanılıb, ondan cinayət aləti olan ov tüfəngi götürülüb.
Yaralının sözlərinə görə, əkin sahəsini sulamaq üstündə qonşusu Hüseyn adlı şəxslə mübahisə yaranıb və qonşusu onu güllə ilə vurub.
Faktla bağlı araşdırmalar davam etdirilir.