TÖVSİYƏ XƏBƏRLƏR

Neftçalada intihar edən qadının ərinə cinayət işi açılıb

Qadını özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Bu barədə 27 oktyabr tarixində Baş Prokurorluq məlumat verib.

Belə ki, oktyabrın 10-da Neftçala rayon sakini, 1976-cı il təvəllüdlü Qızqayıd Xəlilovanın yaşadığı evin həyətində yerləşən metal borudan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Aydın Xəlilova “özünü öldürmə həddinə çatdırma” və “qəsdən sağlamlığa yüngül zərər vurma” maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, həbs olunan şəxs mərhum qadının əri olub, qadın intihar etməmişdən qabaq məktub yazaraq bu addımına səbəb kimi ərinin ona fiziki və mənəvi işgəncələrini əsas gətirib.