TÖVSİYƏ XƏBƏRLƏR

Neftçalanın icra başçısı sakinləri dinləyib

Neftçala Rayon İcra Hakimiyyəti başçısı rayonun Abasallı kəndinin sakinləri ilə növbəti səyyar qəbulunu həyata keçirib. Bu barədə İnsanoid RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 2 dekabr tarixində məlumat verir.

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-nin məsul şəxsləri, kənd sakinləri iştirak ediblər.

Səyyar qəbulda, əsasən, Abasallı kənd tam orta məktəbinin təmiri, suvarma suyunun ədalətli bölünməsi, özünəməşğulluq proqramının təmin olunması, Şorkənd-Beştalı-Tatarməhlə-Şirvanlı yolunun yenidən təmir olunması və digər məsələlərlə əlaqədar təkliflər səsləndirilib.

Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx