TÖVSİYƏ XƏBƏRLƏR

“Neftçi” avrokuboklarla vidalaşıb

Dünən, avqustun 11-də Bakının “Neftçi” klubu Avstriyanın “Rapid” klubuna qarşı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununu keçirib.

“Allianz” stadionunda keçirilən oyunun ilk hissəsi qolsuz heç-heçə ilə bitib. Qarşılaşmanın 67-ci dəqiqəsində meydan sahibləri Marko Qrüllün sayəsində hesabı açdı. Oyunun əsas vaxtı 1:0 “Rapid”in xeyrinə bitib. Uzatma dəqiqələrində isə meydan sahibləri hesab arasındakı fərqi artırıb. 112-ci dəqiqədə Ferdi Druif fərqlənib. Beləliklə, avstriyalılara 0:2 hesabı ilə uduzan “Neftçi” UEFA Konfrans Liqası ilə vidalaşıb.

Qeyd edək ki, ilk oyun 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə bitib.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx