TÖVSİYƏ XƏBƏRLƏR

“Neftçi” Stankoviç və Mahmudovla yeni müqavilə imzalayıb

“Neftçi” iki aparıcı futbolçusuna yeni müqavilə təklif edib. Bu barədə Report 19 may tarixində xəbər verib.

“Ağ-qaralar”ın baş məşqçisi Laurentsiu Regekampf müsahibəsində bildirib ki, rəhbərlik müdafiəçi Vojislav Stankoviç və yarımmüdafiəçi Emin Mahmudovun mövsümün sonuna qədər olan sözləşməsini uzatmağa çalışır:

“Emin Mahmudov müqavilənin uzadılması üçün təklif alıb. Stankoviçlə də danışıqlar olub. Onların klubu tərk edəcəklərini düşünmürəm. Bu oyunçuları saxlamağa və yeni futbolçular cəlb etməyə çalışacağıq”.

Serbiyalı Vojislav Stankoviç 2019-cu ildən, kapitan Emin Mahmudov isə 2017-ci ildən “Neftçi”nin formasını geyinir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx