“Neftçi”nin hücumçusu Kipr klubunda oynaya bilər

“Neftçi”nin hücumçusu Kipr klubunda oynaya bilər

“Neftçi”nin futbolçusu Qodsvey Donyo karyerasını Kiprdə davam etdirə bilər. Bu barədə Report 21 yanvar tarixində məlumat verib.

Məlumata görə, “Apollon” (Limassol) klubu 29 yaşlı hücumçu ilə maraqlanır.

Baş məşqçi Konstantinos Makridis qanalı oyunçunu komandasında görmək istəyir.

Qodsvey Donyo ötən il “Neftçi”yə keçib. Onun “ağ-qaralar”la müqaviləsi 2024-cü ilin yayınadək nəzərdə tutulub.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx