Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Ataa Caber məşqlərə başlayıb. Bu barədə Report 16 mart tarixində xəbər verib.
“Ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun televiziyasına açıqlamasında bildirib ki, İsraildən olan 29 yaşlı yarımmüdafiəçi fiziki hazırlıq üzrə mütəxəssislə məşq edir: “Onun növbəti həftə komandaya qoşulacağını düşünürəm”.
Qeyd edək ki, “Neftçi” bu gün XXVII turda “Kəpəz”i qəbul edəcək. Qarşılaşma saat 19:00-da start götürəcək.