İnfeksionist: Gənclər koronavirusu daha ağır keçirir

“Son həftələr koronavirusa yoluxan gənc insanların vəziyyətinin daha tez ağırlaşması müşahidə olunur”. Bu sözləri sentyabrın 20-də tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

O qeyd edib ki, hazırda ölkədə koronavirusun “Delta” variantı yayılmaqda davam edir. “Delta” ştamına yoluxan zaman gənclərdə yüksək hərarət davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir. Kompüter tomoqrafiyası müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir.

Son rəsmi statistikaya görə, Azərbaycanda koronavirusa yoluxanların 16%-i 20-29 yaş, 21%-i isə 30-39 yaş arası gənclərdilər.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “İnfeksionist: Gənclər koronavirusu daha ağır keçirir”

Tövsiyə xəbərlər