TÖVSİYƏ XƏBƏRLƏR

İnformasiya və rabitə sahəsində göstərilmiş xidmətlərin dəyəri 2 milyardı keçib

Azərbaycanda 2021-ci ilin ilk 11 ayı ərzində informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri 2 milyard 109 milyon manat təşkil edib. Bu barədə Trend 18 dekabr tarixində məlumat verib.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5,7% çoxdur.

Xidmətlərdən əldə edilən gəlirin 42%-i mobil telefon rabitəsi sahəsində formalaşıb.