Dünya şöhrətli müğənni Nikol Şerzinger azərbaycanlı dizayner Rüfət İsmayılın yaratdığı geyimi seçib. Bununla bağlı dizayner paylaşım edib.
Bu barədə 30 yanvar tarixində İnsanoid məlumat verib.
Rüfət İsmayıl “AFFFAİR” tekstil şirkətinin qurucusudur.
O, ilk Azərbaycan dizayneridir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarest moda həftələrində nümayiş etdirilmişdir.
Bir çox yerli və xarici məşhurlar həmyerlimizin dizayn etdiyi libaslardan istifadə edirlər.
View this post on Instagram