Paytaxtın Nəcəfqulu Rəfiyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsindəki Nizami Gəncəvinin mozaikasının bərpası yekunlaşıb. Bu barədə iyulun 19-da APA Xətai Rayon İcra Hakimiyyətinə istinadən məlumat verib.
Yaxın günlərdə mozaikanın ətrafında da abadlıq işləri görüləcək.
Daha öncə İnsider.az-ın verdiyi məlumata görə, mozaikanın yerləşdiyi binanın hasarı sözügedən ərazidə baş vermiş yanğın zamanı sökülüb.