Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Nizami rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

Nizami rayonunda qadına qarşı soyğunçuluq edilib. Bu barədə 23 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Zərərçəkən şəxs yaşadığı evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 160 manat pul, mobil telefon və şəxsi sənədləri olan çantasını ələ keçirib.

Cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Ülvi Avazlı saxlanılıb. Həmin şəxsin zərərçəkəni izləməsi təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

“Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, “102” Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, – məlumatda bildirilib.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx