TÖVSİYƏ XƏBƏRLƏR

Nizami rayonunda quldurluq edən şəxs saxlanılıb

Nizami rayonunda quldurluq hadisəsi baş verib. Bu barədə 20 may tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.

Bildirilib ki, naməlum şəxs Q.Qarayev, 61 ünvanında zərərçəkənə qarşı zor tətbiq edərək, onun pulunu və digər qiymətli əşyalarını ələ keçirib. Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində quldurluq etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Elsevər Məmmədov saxlanılıb.

Onun barəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

“Elsevər Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Nizami Rayon Polis İdarəsinə, 25-ci Polis Şöbəsinə, “102” Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər”, – məlumatda qeyd olunub.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx