TÖVSİYƏ XƏBƏRLƏR

“No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılıya hökm oxunub

Dələduzluqda təqsirləndirilən Ramin Hacılıya hökm oxunub. Bu barədə 26 oktyabr tarixində Report məlumat verib.

Hökmə əsasən o, 7 il 7 ay 14 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittiham aktına görə, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev və Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, həmçinin Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq-mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayışı saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyasını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər “mütəşəkkil dəstə tərkibində dələduzluq” və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Qeyd olunub ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx