Nobel Fondu hər kateqoriya üzrə Nobel mükafatının məbləğini keçən illə müqayisədə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) artıracaq. Bu barədə 15 sentyabr tarixində APA xarici KİV-yə istinadən məlumat yayıb.
Ötən ilin sonunda Nobel Fondunun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard kron (təxminən 519 milyon dollar) az idi.
Qeyd edək ki, builki qaliblərin elanı oktyabrın 2-də başlayacaq.
2-9 oktyabr tarixlərində müxtəlif sahələr üzrə Nobel mükafatçılarının elan olunacağı Stokholm və Osloda Nobel Həftəsi keçiriləcək.