Hazırda həyata keçirilən Böyük Qayıdışa dair I Dövlət Proqramının bir hissəsi kimi növbəti 4 il ərzində Şuşaya 2 000 nəfər köçürüləcək. Bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Bu barədə 7 iyun tarixində APA məlumat verib.
O, Şuşanın ümumilikdə 20 min nəfərin yaşayacağı şəhər olacağını qeyd edib.