Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib. Bununla bağlı 20 oktyabr tarixində Nazirlər Kabineti “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərar verib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr (cümə) iş günü ilə 4 noyabr (şənbə) istirahət gününün yerləri dəyişdirilib.
Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü – şənbə günü isə rəsmi iş günüdür.