Bu gün Laçın rayonunun Zabux kəndinə növbəti mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Bu barədə 7 noyabr tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat verib.
Püşkatmada 174 ailə (661 nəfər) iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 31-i ikiotaqlı, 102-si üçotaqlı, 20-si dördotaqlı, 21-i beşotaqlı mənzillərlə təmin olunublar. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.
Püşkatmada iştirak etmiş ailələr noyabrın 16-dan etibarən Zabux kəndinə yola salınacaqlar. Zabux kəndinin layihələndirilməsi və tikintisi üzrə sifarişçi Azərbaycan Respublikasının Məcburi Köçkünlərin Sosial İnkişaf Fondudur.