TÖVSİYƏ XƏBƏRLƏR

Nyu-Yorkda 11 sentyabr qurbanları yad edilir

ABŞ-ın Nyu-York şəhərində 11 sentyabr qurbanlarının 22-ci ildönümü qeyd edilir. Bu barədə Report 12 sentyabr tarixində xəbər verir.

2001-ci ildə Ümumdünya Ticarət Mərkəzinin Əkiz Qüllələrində törədilən terror hücumlarının ildönümündə bütün federal binalarda dövlət bayraqları endirilib, şəhərdə 1 dəqiqəlik süküt elan olunub və kilisələrin zəngləri çalınıb.

9/11 Memorialının olduğu ərazidə həlak olanların adları oxunub. Nyu-Yorkun Manhetten adasında keçirilən mərasimdə şəhər meriyası və ABŞ-nin vitse-prezident Kamala Harris də iştirak edib. Faciə qurbanlarının yaxınları onların adılarının yazıldığı mərmər lövhələrin önünə çiçək dəstələri buraxıblar. 9/11 Memorialının nizamnaməsinə görə, faciə qurbanlarından doğum günü olan şəxslərin adlarının üzərinə ağ qızılgüllər qoyulub.

Rəsmi mərasimdən sonra Ümumdünya Ticarət Mərkəzinin yerində ucaldılmış “Sıfır Nöqtəsi” xatirə memorialı və 9/11 Muzeyi ziyarətçilərə açılıb. Anım mərasimi gün ərazində davam edəcək

ABŞ-də 11 sentyabr tarixi Vətənpərvərlik Günü və Dualar Günüdür.

Xatırladaq ki, 2001-cı il sentyabrın 11-də ABŞ-də dünya tarixində misli görünməmiş terror aktları törədilib. Faciə nəticəsində 2 977 nəfər ölüb, 6 300 nəfərə yaxın isə yaralanıb.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. Əkiz binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb.

Nyu-Yorkda 11 sentyabr qurbanları yad edilir
Foto Report.az saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx