ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən məscidlərdə səsgücləndiricilərdən azanın səsləndirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bu barədə Report 2 sentyabr tarixində xəbər verib.
Nyu-York şəhər administrasiyasının qəbul etdiyi qərarda qeyd olunub ki, orada yaşayan müsəlman icmalarının tələblərini nəzərə alaraq, ştatda cümə günləri və Ramazan ayında axşamlar səsgücləndiricilərlə azanın açıq şəkildə oxunmasına icazə verilir.
Şəhər meri Erik Adams müsəlman icmalarına müraciətində bildirib ki, müsəlmanlar ştatda inanclarını yaşamaqda azaddırlar və bunun üçün daha öncələr qadağan olunan azan səsi hər cümə günü saat 12:30-13:30 arası eşidiləcək.