TÖVSİYƏ XƏBƏRLƏR

Nyu-Yorkda Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası keçirilib – VİDEO

“Araz” supermarketlər şəbəkəsi ABŞ-nin Nyu-York şəhərində 8 Noyabr – Zəfər Gününə həsr olunan məlumatlandırma aksiyası keçirib.

Bu barədə 8 noyabr tarixində supermarketlər şəbəkəsi xəbər verib.

Aksiya şəhərin məşhur “Times” meydanında baş tutub. Meydandakı binalardan birində Azərbaycan Bayrağı əks etdirilib və üzərində “November 8. Happy Victory Day Azerbaijan #KarabakhisAzerbaijan ” yazısı nümayiş etdirilib.