Avqustun 31-də oğurladıqları pulla “Tiktok”da video çəkən Cəlilabad sakinləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanların rayonun Qarazəncir kəndindəki evlərdən birinə daxil olaraq 4500 manat pul oğurladıqları müəyyən edilib.
Oğurladıqları pullarla və kirayə götürdükləri bahalı avtomobillə “Tiktok”da video paylaşan həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılanlardan birinin əlavə olaraq 620 manat nağd pul və 500 manat dəyərində təmir-tikinti alətləri oğurladığı müəyyən edilib.