Oğuz sakini həyat yoldaşını döyərək qətlə yetirib

Oğuz rayon Böyük Söyüdlü kəndində 63 yaşlı kişi 64 yaşlı həyat yoldaşını döyərək öldürüb. Bu barədə sentyabrın 21-də Baş Prokurorluq məlumat yayıb.

Onların aralarında ailə münaqişəsi zəminində mübahisə düşüb. V.Muştaqov həyat yoldaşını yumruqla döyüb. Nəticədə qadın almış xəsarətlərdən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli sayılan V.Muştaqov saxlanılıb.

Bu ilin yanvar-iyun ayları ərzində 821 nəfər məişət zorakılığına məruz qalıb. İyun ayına qədər qeydə alınmış 14928 cinayətlərin 803-ü məişət zorakılığı ilə bağlı olub. Bu əvvəlki illə müqayisədə 24% çoxdur.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Oğuz sakini həyat yoldaşını döyərək qətlə yetirib”

Tövsiyə xəbərlər