Avqustun 17-si Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın söndürülüb. Bu barədə 18 avqust tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Yanğın zamanı 1 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.
***
17 avqust, 16:05
Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Bu barədə FHN avqustun 17-də xəbər verib.
Nazirliyin əməkdaşları hadisə yerinə cəlb olunublar.
Əlavə məlumat veriləcək.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.