Obyektlərdə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi?

Obyektlərə daxil olan şəxsləri polis əməkdaşları deyil, mülki şəxslər yoxlayır. Obyekt nəzarətçiləri vətəndaşdan COVID-19 pasportu ilə yanaşı, şəxsiyyət vəsiqəsi də tələb edir. Mülki şəxsin vətəndaşın şəxsi məlumatlarını əldə etmək hüququ varmı?

Məsələ ilə bağlı Trend-ə DİN-dən bildirilib ki, həmin obyektlərə daxil olan vətəndaşların sənədlərinin yoxlanılmasında heç bir qanunsuzluq yoxdur: “Şəxsiyyət vəsiqəsinin tələb edilməsi vətəndaşın COVID-19 pasportunda yazılan məlumatları dəqiqləşdirmək üçündür. Əgər vətəndaşın üzərində COVID-19 pasportu və şəxsiyyət vəsiqəsi yoxdursa, bu zaman vətəndaş ad, soyad və ata adını düzgün təqdim etməli, belə halda həmin şəxsin vaksin olunub-olunmaması xüsusi mobil tətbiq vasitəsilə yoxlanılmalıdır”.

Ölkə ərazisində sentyabrın 1-dən etibarən iri ticarət mərkəzləri, hotel, mehmanxana və digər ictimai iaşə obyektlərinə daxil olan şəxs koronavirus infeksiyasına qarşı ən azı 1-ci dozanı qəbul etməlidir.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.

0 replies on “Obyektlərdə girişdə vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi?”

Tövsiyə xəbərlər