TÖVSİYƏ XƏBƏRLƏR

Oğuz dağ yəhudilərinin tarixi haqqında filmin çəkilişləri yekunlaşıb

Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb. Bu barədə Report 6 mart tarixində xəbər verib.

Film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.

Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.

Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 5-ci filmidir.

Oğuz dağ yəhudilərinin tarixi haqqında filmin çəkilişləri yekunlaşıb
Foto Report.az saytı
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx