2022-ci ildə oğuzlu fermerlər 67 hektar sahədə tütün yetişdiriblər. Bu barədə 29 sentyabr tarixində AZƏRTAC məlumat verib.
Sahələrin hamısına “Virciniya botaniki” növlü tütün əkilib. Tütün yetişdirilməsi ilə əlaqədar 10 fermerlə müqavilə bağlanıb.
İndiyədək Şəki və Zaqatala rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində oğuzlu fermerlərə məxsus 76,3 ton quru tütün istehsal olunub.