Oğuzda 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlanıb. Bu barədə İnsanoid bu gün, 2 sentyabr tarixində APA-ya istinadən xəbər verir.
Hadisə ötən gün rayonun Bayan kəndində qeydə alınıb.
40 yaşlı kənd sakini Nuranə Məsimova yaşadığı ata evində olarkən keçmiş həyat yoldaşı Eyvaz Məmmədov evə gələrək onu qarın boşluğundan bıçaqlayıb.
Zərərçəkmiş Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.