TÖVSİYƏ XƏBƏRLƏR

Oğuzda maşın aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Oğuzda yol qəzası baş verib. Bu barədə 31 may tarixində APA məlumat verib.

Hadisə günorta saatlarında Qaraməryəm – İsmayıllı – Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakininin idarə etdiyi “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı bağa aşıb. Qəza zamanı sürücü və avtomobildə olan Sumqayıt şəhər sakinləri müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlara Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib, xəsarətləri yüngül olduğu üçün evə buraxılıblar.

Qəzaya düşənlərin bir ailənin üzvləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx