TÖVSİYƏ XƏBƏRLƏR

Oğuzda “Toyota” geri hərəkət edərkən piyadanı vurub

Oğuz rayonunda geriyə doğru hərəkətdə olan avtomobil piyadanı vurub. Bu barədə Report 24 may tarixində xəbər verib.

Şəhərin Cavanşir küçəsində geriyə doğru hərəkət edən “Toyota” markalı avtomobil yolu keçmək istəyən iki qadından birini vurub.

Hadisə nəticəsində qadın xəsarət alıb. O, yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya yerləşdirilib. Onun bədəninin müxtəlif nahiyələrində sınıqların olduğu müəyyən olunub.

Hazırda qəzada iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx