Oktyabrın 1-dən məktəbəhazırlıq qruplarında əyani formada məşğələlər başlayır. Bu haqda Təhsil Nazirliyi məlumat verib.
Ölkə üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 176 şagird təhsil alacaq.
Məşğələlər həftədə 4 gün olacaq. Bir gün ərzində 3 məşğələ tədris olunacaq. Pandemiya şəraitinə görə siniflərdə şagirdlərin sayının 30-dan çox olmasına icazə verilməyəcək.
Dərs müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə olacaq.
Məşğələlərin mayın 31-də başa çatacağı nəzərdə tutulub.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.