Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuzdur. Bu barədə İnsanoid Milli Hidrometeorologiya Xidmətinə istinadən bu gün, 2 iyun tarixində xəbər verir.
İyunun 2-si saat 09:00-a olan məlumata əsasən, iyunun 1-də gün ərzində yağan yağış gecəyə doğru tədricən kəsilib. Hazırda ölkə ərazisində hava şəraiti sabit, əsasən, yağmursuzdur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, cənub-şərq küləyi əsir, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Aran rayonlarında 24-26 dərəcə isti qeydə alınıb:
“İyunun 2-də günün birinci yarısında ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçsə də, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Əsasən, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Xaçmaz, Lənkəran-Astara zonasında yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı istisna olunmur”.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti iyunun 3-ü gündüzədək davam edəcək.