Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 % artıb

Ölkə ərazisindən tranzit daşımalar 75 % çoxalıb

Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 % artıb. Bu barədə 19 yanvar tarixində İnsanoid.com xəbər verir.

Prezident İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verib. Ölkə başçısı bildirib ki, görülmüş tədbirlər yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan yaradır.

Qeyd olunub ki, tarif siyasəti də mühüm məsələdir:

“Çünki burada bir çox ölkələrin səylərinin birləşdirilməsi lazımdır ki, bizim razılaşdırılmış tarif siyasətimiz mövcud olsun və heç bir ölkə süni şəkildə öz mənfəətini artırmağa çalışmasın. Biz müştərək faydanı görməyi öyrənməliyik. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar”.

Prezident həyata keçirilməsinə başlanılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Xəzər dənizinə istiqamətləndiyini bildirib:

“Bu, çox vacib əlavə təchizat marşrutudur və Orta Dəhlizin parlaq gələcəyi var”.

Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.
guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
Tövsiyə xəbərlər
0
Rəy bildirinx