TÖVSİYƏ XƏBƏRLƏR

Ölkə sərhədində Nigeriya vətəndaşı saxlanılıb

Azərbaycandan Gürcüstana qanunsuz yolla keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb. Bu barədə 3 yanvar tarixində Dövlət Sərhəd Xidməti məlumat verib.

Yanvar ayının 2-də Poçtbinə kəndi yaxınlığında Azərbaycandan Gürcüstana qaçaq yolla keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrinin birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx