Azərbaycana gətirilən marmelad və dondurma məhsulu partiyalarının istehlaka yararsız olduğu aşkarlanıb. Bu barədə 14 sentyabr tarixində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
“İL” MMC-nin Albaniyadan gətirdiyi 500 kiloqram marmelad və “Rəmzioğlu Paxlava” MMC-nin Türkiyədən idxal etdiyi 540 kiloqram dondurma məhsulundan nümunələr laboratoriyaya təqdim olunub.
Marmelad nümunələrində kif-maya göbələklərinin, dondurma nümunələrində isə “Enterobacteriaceae”nin (bağırsaq çöpü qrupuna aid olan bakteriya) miqdarının normadan artıq olduğu müəyyən edilib.
Məhsulun gömrük ərazisindən kənarlaşdırılması və ya məhv olunması barədə qərar qəbul edilib.