TÖVSİYƏ XƏBƏRLƏR

Ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirəcəklər

Azərbaycanda ömürlük məhkumlar həftədə bir dəfə videogörüş keçirəcəklər. Bu barədə 18 noyabr tarixində Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

Dəyişikliklə müəyyən edilmiş qaydada telefonla danışmaq və ya videogörüş keçirmək məhkumun seçimi əsasında həyata keçirilir. Videogörüşün keçirilməsi digər məhkumlardan təcrid olunmuş şəraitdə xüsusi otaqda təşkil olunacaq.

Bundan əlavə, məhkumlar epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda öz xahişləri ilə qısamüddətli görüşləri telefon danışıqları və videogörüşlərlə əvəz edə bilərlər.

Eyni zamanda müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş dəqiqə olmaqla telefonla danışmaq və ya videogörüş keçirmək hüququna malik olacaqlar.

Şəhərlərarası telefon danışıqlarının haqqı məhkumun şəxsi vəsaiti hesabına və ya yaxın qohumları tərəfindən ödəniləcək. Texniki imkanlar olmadıqda bir telefon danışığı və ya videogörüş bir qısa müddətli görüşlə əvəz edilə ediləcək.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx