TÖVSİYƏ XƏBƏRLƏR

Oqtay Əliyevin dəfn vaxtı məlum olub-YENİLƏNİB

Yenilənib:

Mədəniyyət Nazirliyi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev bu gün saat 13:00-da “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

11:18

Azərbaycanın Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin dəfn ediləcəyi yer dəyişdirilib. Bu haqda 23 mart tarixində Report məlumat verib.

Vida mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər. Mərasimdən sonra mərhum həyat yoldaşı Dilarə Əliyevanın istəyi ilə “Qurd Qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün mərhumun yaxınları O.Əliyevin Mehdiabad qəbiristanlığında, babasının yanında dəfn olunacağını bildirmişdilər.

guest
0 şərhlər
Inline Feedbacks
Bütün şərhlər
0
Rəy bildirinx