Tanınmış televiziya prodüseri və rejissor Oqtay Əliyev dəfn olunub. Bu haqda bu gün, 23 mart tarixində İnsanoid xəbər verir.
Əməkdar mədəniyyət işçisinin nəşi “Qurd qapısı” qəbiristanlığına gətirilib. Ailə üzvlərinin və bir sıra mədəniyyət xadimlərinin iştirakı ilə o, torpağa tapşırılıb.
Oqtay Əliyev 55 yaşında vəfat edib.
2 mart tarixi axşam saatlarında tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyev ağır avtoqəzada dünyasını dəyişib. O, sükan arxasında olan zaman halı qəfil pisləşib və avtomobili idarə edə bilməyib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Qəzada Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.