Naxçıvanda Ermənistan silahlı qüvvələrinin təxribatı davam edir. Bu barədə İnsanoid Müdafiə Nazirliyinə istinadən bu gün, 2 sentyabr tarixində məlumat verir.
Sentyabrın 2-si saat 12:58-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Culfa rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.