Ötən ay 27 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. Bu barədə 13 iyul tarixində Report Prezident yanında Ali Attestasiya Komissiyasına istinadən məlumat verib.
Məlumata əsasən, iyun ayı üzrə 66 nəfərə fəlsəfə doktoru, 8 nəfərə elmlər doktoru dərəcəsi verilib. Bildirilib ki, həmin müddətdə 25 nəfərə dosent, 4 nəfərə professor elmi adı verilib, 2 nəfərə isə elmi ad verilməsindən imtina edilib.
Eyni zamanda, 4 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 1 nəfərin isə tanınmasından imtina edilib.