Bu barədə İnsanoid Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə istinadən bu gün, 3 noyabr tarixində məlumat verir.
Bu ilin oktyabr ayı ərzində aptek təşkilatlarında keçirilən yoxlamalar nəticəsində Bakı şəhəri üzrə 1, respublikanın digər şəhər və rayonlarında 52 aptek olmaqla, ümumilikdə 53 aptekdə planlı və plandankənar yoxlamalar aparılıb. Yoxlamalar zamanı 9 aptekdə nöqsan aşkarlanıb ki, onların 8-i rayonlarda yerləşir. İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə 9 protokol tərtib edilib.
“Bir daha vətəndaşların nəzərinə çatdırırıq ki, aptekdən alınan dərman vasitələrinin keyfiyyəti barədə şübhə yaradan hər hansı vasitə haqqında bizə məlumat verə bilərlər.
Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin vətəndaşlar AEM-in www.pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər.
Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma başlayaraq müvafiq tədbirlər görür”, – məlumatda qeyd olunub.