Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən ay 1 834 mina aşkarlanıb. Bu barədə 1 noyabr tarixində Azərbaycan Minatəmizləmə Agentliyi məlumat yayıb.
Oktyabrın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1 373, tank əleyhinə 461 mina və 2 301 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 3 246 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.