Fevralın 3-də ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub. Bu barədə 4 fevral tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.