Azərbaycanda son sutkada 201 nəfər koronavirusa yoluxub. Bu barədə sentyabrın 22-də Operativ Qərargahdan məlumat verilib.
256 nəfər sağalıb, 3 nəfər vəfat edib. Aktiv xəstə sayı 1 418 nəfərdir.
COVID-19 əleyhinə 805 nəfər peyvənd olunub. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 884 234 təşkil edib.