İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2022-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 14,8% artaraq 2 742,8 milyon manat təşkil edib. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 18 yanvar tarixli hesabatında əks olunub.
Hesabata əsasən, xidmətlərin 73,5%-i əhaliyə göstərilib.
Xidmətlərdən əldə edilən gəlirin 38,0%-i və ya 1 042,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Şərhlər idarə olunur. Düzgün və səmimi yazın.